Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2019 09:32
"Monako"nun futbolçusu Sesk Fabreqas "Barselona"nın kapitanı Lionel Messi haqqında fikirlərini bölüşüb.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun hələ uzun müddət oynaya biləcəyini deyib: "Messi sərt futbolçudur. Özünü meydanda görsə, oynamağa davam edəcək. Bu səviyyə ilə 40 yaşına qədər çıxış edə bilər".
Qeyd edək ki, L.Messi bu il karyerasında 6-cı dəfə "Qızıl top"a layiq görülüb.