Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyatımın və karyeramın ən yaxşı anıdır'' - Lukas Moura

''Həyatımın və karyeramın ən yaxşı anıdır'' - Lukas Moura

Tarix: 9 May 2019 11:04

"Nələr hiss etdiyimi başa salmaq mümkünsüzdür. Çox xoşbəxtəm. Komanda yoldaşlarımla qürur duyuram. Meydanda əlimizdən gələni hər şeyi etdik, finala layiqik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Tottenhem"in futbolçusu Lukas Moura Çempionlar Liqasının yarımfinalında "Ayaks"a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Sözügedən matçda het-trikə imza ataraq komandasına qələbə qazandıran braziliyalı yarımmüdafiəçi, təkcə özünün yox, bütün yoldaşlarının möhtəşəm oynadığını bildirib: "Hər kəs çox çalışdı. "Ayaks"a qarş oynamaq çətin idi, amma komanda yoldaşlarıma inanırdım. Hər matç belə vuruşmalıyıq".

Moura söyləyib ki, finala çıxacaqlarına inanırdılar: "Futbol bizə belə gözəl anları hədiyyə edir. Bundan həzz almaq lazımdır. Bu, mənim həyatımın və karyeramın ən yaxşı anıdır".

 


Etiketlər:  Həyatımın karyeramın yaxşı anıdır Lukas Moura


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ