Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2019 11:46
Bakı. Ceyhun Ələkbərov - Trend:
Cari ilin 6 may tarixində ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib. Faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir. Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb: "Hazırda cənazənin qısa müddət ərzində Azərbaycan Respublikasına göndərilməsi istiqamətində tərəfimizdən iş aparılır. Sənədləşmə işlərinin sabah yekunlaşması gözlənilir və cənazə Reading şəhərindən Nyu-York şəhərinə və oradanda Vətənə göndəriləcək. Qeyd etmək istərdik ki, məsələ səfirliyin tam nəzarətindədir. İstintaq əməliyyatlarının gedişatı barədə əlavə olaraq məlumat veriləcək. Baş vermiş hadisə ABŞ-da yaşayan soydaşlarımızı və səfirliyin kollektivini çox kədərləndirib. Səfirliyin kollektivi adından mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin