Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real''ın ulduzuna 100 milyon avroluq TƏKLİF

''Real''ın ulduzuna 100 milyon avroluq TƏKLİF

Tarix: 8 Dekabr 2025 09:30

Fransanın PSJ klubu İspaniya nəhəngi "Real Madrid"ə gözlənilməz transfer təklifi irəli sürüb.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi uruqvaylı yarımmüdafiəçi Federiko Valverdenin transferi üçün Madrid klubuna 100 milyon avro dəyərində rəsmi təklif göndərib.

Xəbərdə bildirilir ki, "Real" rəhbərliyi təqdim olunan təkliflə bağlı daxili müzakirələr aparır. Klub Valverdenin əsas heyətin dəyişməz futbolçularından biri olduğunu nəzərə alaraq onun satışında tələskənlik nümayiş etdirmir. Transferin taleyinə isə yaxın müddətdə aydınlıq gəlməsi gözlənilir.

Qeyd edək ki, Federiko Valverde 2018-ci ildən "Real Madrid"in formasını geyinir.

Hüseyn


Etiketlər:  Realın ulduzuna milyon avroluq TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ