Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda “Həyata ümid” xeyriyyə sərgisi - 50-ə yaxın sənət əsərləri satışa çıxarılacaq

Bakıda “Həyata ümid” xeyriyyə sərgisi - 50-ə yaxın sənət əsərləri satışa çıxarılacaq

Tarix: 15 Dekabr 2019 11:43

Müasir İncəsənət Muzeyi və məşhur Azərbaycan rəssamı Milena Nəbiyeva Dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar geniş miqyaslı xeyriyyə layihəsini elan edir. 2019-cu il 20-27 dekabr tarixlərində muzeyin sərgi salonunda 50-ə yaxın sənət əsərləri sərgilənərək xeyriyyə məqsədilə satışa çıxarılacaqdır.

Milena Nəbiyeva üçün xeyriyyəçiliyə müraciət - ruhun və ürəyin bir ehtiyacıdır. Həyatının bu sahəsi ilə əlaqəli suallara cavab verərkən, həmişə vurğulayır ki, bir dəfə valideyin qayğısından məhrum olan uşaqların gözlərinə baxdıqda o, onların həyatlarına istilik və qayğı hissini bəxş etmək istədiyini artıq başa düşdü. Elə o andan etibarən onun uşaq evlərinə etdiyi səfərlər daimi oldu. Əvvəlcə onlar qeyri-ictimai xarakter daşıyırdılar. Rəssam, lakin hər şeydən öncə iki gözəl övladın anası olaraq buna təşəbbüs göstərmirdi. Lakin, zaman keçdikcə böyük həcmdə işlərin tək başına yerinə yetirməyin mümkünsüz olduğunu anladı. Tədricən, o bu nəcib fəaliyyətə yaxın insanları və qəlbində bu işə cəhd göstərən şəxsləri cəlb etdi.

Milena Nəbiyevanın elan etdiyi xeyriyyə layihəsi ­- sənət yolu vasitəsi ilə geniş ictimaiyyətə ünvanlanan bir müraciətdir. Rəssamın özünün vurğuladığı kimi, əsas hədəfi ailədən kənarda qalan uşaqlara mövcud olan şərtlərə baxmayaraq həyatlarının bir çox insanlar üçün olduqca vacib və maraqlı olduğunu aydın şəkildə izah etməkdir.

Bu uşaqların gələcəyi - Azərbaycanın inkişafının ayrılmaz hissəsidir. Buna görə Milena, bütün iştirakçıların təqdim etdiyi sənət əsərləri əsasında hazırlanan layihədə iştirak etmək üçün respublikanın məşhur və görkəmli sənətkarlarına müraciət etdi. Buna görə ekspozisiya formatının özü sanki sənətkarların yaradıcılıq simbiyozudur, sanki cəmiyyətimizdə mövcud olan qarşılıqlı əlaqələrin əksidir. Beləliklə, layihə kimsəsiz uşaqların olmadığını bildirir. Bu uşaqların hər birinin arxasında güclü bir dövlət və taleyinə biganə olmayan insanlar dayanır.

Layihə genişdir və buna görə hazırlıqlar elandan çox əvvəl başlanmışdır. Rəssam sonda bir xeyriyyə məqsədi ilə təşkil olunan sərgi keçirmək qərarına gəldi: sərgidə nümayiş olunan rəsm əsərlərinin satışından əldə edilən bütün vəsaitlər antibiotiklərin yan təsiri fonunda yaranmış limfoblastik limfoma ilə mübarizədə cəsarət göstərən Nərminə Kiçibəyovanın müalicəsinə xərclənəcəkdir. Milenanın özünün dediyi kimi, uşaqların həyatı dünyada ən dəyərli şeydir!

" Mən ürəkdən inanıram ki, Azərbaycanda geniş qəlbli insanlar çoxdur. Bundan əlavə, xeyriyyəçilik ənənələri qəti şəkildə bizim"insanlıq kodumuza" yazılmışdır. Biz adlarını əzaba və zillətli həyata düçar olmuş  şəxslərə göstərilən qayğı tarixinə qızıl hərflərlə yazan böyük Azərbaycan övladlarının həyat yolu ilə getməyə bilmərik. Mən, on beş yaşlı bir uşağın hansı ağır bir xəstəliklə mübarizə apardığını eşidən kimi, onun ailəsinə kömək etmək, onlara və Nərminə başlarına gələn bəla ilə üz-üzə qalmayacaqlarını anlatmaq qərarına gəldim".

Belə bir formatda və miqyasda layihə Azərbaycanda ilk dəfədir ki keçirilir. Milena Nəbiyeva bunun tək bir aksiya olmadığını və hər il təşkil olunacağını vurğulayır. Beləliklə, bəzi səbəblərə görə bu dəfə layihədə iştirak edə bilməyənlər gələcəkdə bu işə qoşula biləcəklər. Bu da hər il Milena Nəbiyevanın xeyriyyə layihəsinin həm palitra, həm də "semantik təsviri dolğunluğu" baxımından parlaq və fərqli olacağını göstərir.


Etiketlər:  Bakıda Həyata ümid xeyriyyə sərgisi yaxın sənət əsərləri satışa çıxarılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ