Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Beqoviçə görə danışıqlara başlayır

“Qarabağ” Beqoviçə görə danışıqlara başlayır

Tarix: 15 Dekabr 2019 14:42

"Qarabağ" bu ayın sonu klubla müqaviləsi başa çatacaq qapıçısı Asmir Beqoviçi saxlamaq istəyir.

Sonxeber.net Qol.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi bugünlərdə futbolçunun müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"la danışıqlara başlayacaq.

Qeyd edək ki, bugünlərdə bosniyalı qolkiper özü "Qarabağ"da qalmaq istədiyini deyib. "Qarabağ"ın direktoru Əmrah Çelikel isə bir müddət əvvəl Qol.az-a bildirmişdi ki, Beqoviçə görə ingilislərə danışıqlar aparmaları mümkündür.

Lakin danışıqların aparılması hələ Beqoviçin "Qarabağ"da qalacağı anlamına gəlməməlidir. Çünki onun transfer qiymətinin Ağdam klubunun büdcəsinə uyğun olmadığı bildirilir. Bunu Ə.Çelikel özü də etiraf etmişdi. Bundan başqa, Britaniya mətbuatı Beqoviçlə İngiltərədən "Vest Hem" və Hollandiyadan "PSV Eyndhoven"in də maraqlandığını yazıb.


Etiketlər:  Qarabağ Beqoviçə görə danışıqlara başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ