Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib - FOTO

Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib - FOTO

Tarix: 11 Dekabr 2025 21:32

Dekabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ziyarət çərçivəsində müəssisənin fəaliyyəti, tibbi xidmətlərin təşkili və uşaqlar üçün yaradılan şəraitlə tanışlıq olub. Dispanserdə aparılan yenilənmə işləri, göstərilən diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər müzakirə edilib.

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihələrə verilən dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib.


Etiketlər:  Leyla Əliyeva Səhiyyə Nazirliyi saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ