Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torpağı olan ev sahibinin vergi öhdəliyi

Torpağı olan ev sahibinin vergi öhdəliyi

Tarix: 15 Dekabr 2019 22:12

Səkkiz sot torpağı olan ev sakininin vergi öhdəliyi nədən ibarətdir? Sakin torpaqdan başqa əmlak vergisi də ödəməlidir?

Milli.Az xəbər verir ki, Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin il avqustun 1-dək fiziki şəxslərə çatdırılır. Fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə avqustun 15-i və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə etməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Bununla belə, bələdiyyələr öz ərazilərində yerli vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.


Etiketlər:  Torpağı olan ev sahibinin vergi öhdəliyi


RƏYLƏR