Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 08:08
Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələrin açılmağı planlaşdırılır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva deyib.
S.Babayevanın sözlərinə görə, yeni müəssisələrin açılması qadın sahibkarların iştirakı ilə sənayenin, kənd təsərrüfatının və digər sahələrin müxtəlif seqmentlərində nəzərdə tutulan 11 layihə çərçivəsində planlaşdırılıb:
"Bu il Azərbaycanda qadın sahibkarlığının inkişafına yönəlmiş 11 layihənin həyata keçirilməsi planlaşdırılırdı ki, onlardan da 3 irimiqyaslı layihə artıq başa çatıb. Qalanları müxtəlif icra mərhələlərindədir.
Assosiasiya hazırda bu layihələrdə birbaşa iştirak edən Avropanın bir sıra aparıcı təşkilatları ilə sıx əməkdaşlıq edir. Gələn il əsasən Bakıda və bölgələrdə olmaqla kiçik və orta sahibkarlıq sahəsində müəssisələrin açılması planlaşdırılır.