Tarix: 16 Dekabr 2019 09:51
Elastik ekranlı qatlanan “Samsung Galaxy Fold” smartfonunun satış həcmi 1 milyonu ötüb. Bu haqda “Samsung Electronics”in prezidenti Yun Son “TechCrunch Disrupt Berlin” konfransında məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, "sözügedən qurğunun qiymətinin 2 min dollar olmasına baxmayaraq, 1 milyon nəfər onu satın almaq istəyib" – Cənubi Koreya şirkətinin top-meneceri deyib. Sentyabrın əvvəlində smartfonun düzəldilmiş versiyasının satışına start verilib.
Yun Sonun sözlərinə görə, “Samsung” şirkəti istifadəçilərin fikrini öyrənmək və toplanılmış məlumatları daha təkmilləşdirilmiş versiyaların yaradılmasında istifadə etmək üçün öz məhsullarını tez-tez çıxarır. “Fold” kimi qurğular laboratoriyadan kənara çıxmasa, istehsalçılar mühüm məlumatlar əldə edə bilməzdilər.
Emil Hüseynov