Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 132 vərəsəyə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

Daha 132 vərəsəyə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

Tarix: 16 Dekabr 2019 11:36

Bakı. Trend:

Yaxın günlərdə 86 şəhidin 132 vərəsəsinə də 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Komissiyanın növbəti qərarına əsasən yaxın günlərdə daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək.

Birdəfəlik ödəmə vərəsələrin bank hesablarına köçürüləcək və bu barədə onlara rəsmi bildiriş göndəriləcək.

Məlumat üçün bildirək ki, şəhid hərbi qulluqçulardan və daxili işlər orqanlarının şəhid olmuş əməkdaşlarından ibarət olmaqla 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüquqlarının olduğu müəyyən edilib. Onlardan artıq 11 877 şəhidin 17 690 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı işləri aparılıb.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramının icra səviyyəsi artıq 97 faizə çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Daha 132 vərəsəyə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək Daha 132 vərəsəyə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək


Etiketlər:  Daha vərəsəyə manat məbləğində birdəfəlik ödəmə veriləcək


RƏYLƏR