Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 14 dərəcə isti, rayonlarda isə... - HAVA PROQNOZU

Bakıda 14 dərəcə isti, rayonlarda isə... - HAVA PROQNOZU

Tarix: 16 Dekabr 2019 13:42

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.net-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 17-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 17-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər ayrı-ayrı yerlərdə duman, bəzi dağlıq rayonlarda isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Etiketlər:  Bakıda dərəcə isti rayonlarda isə HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ