Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namizəd sakinlərə müraciət etdi

Namizəd sakinlərə müraciət etdi

Tarix: 16 Dekabr 2019 16:08

Namizəd Qəhrəmanov İqbal İbiş oğlunun Sahil qəsəbəsi Bələdiyyəsi üzvlüyünə namizədliyi qeydə alınıb. O, sakinlərə müraciət edib:  

Əziz dostlar və Sahil qəsəbəmizin sakinləri!

23 dekabr 2019-cu ildə keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək məqsədilə mənim Sahil qəsəbəsi Bələdiyyəsi üzvlüyünə namizədliyim sizin dəstəyiniz sayəsində 11 saylı Qaradağ seçki dairəsindən qeydə alınıb.

Bu müddətdə həm həyatda, həm də sosial şəbəkədə ünsiyyətdə oldugum, şəxsən tanıdığım, bir çox hallarda isə şəxsən tanımadığm qəsəbə sakinlərindən xoş sözlər, uğurlar, səmimi dəstək fikirləri esitdim. Təvazökarlıqdan uzaq olsa da bir məqamı  da  qeyd etmək istərdim ki, əksər insanlar belə bir fikir söyləyirdilər ki, seckidə iştirak etmək fikriləri olmayıb , amma mənim namizədliyimə görə iştirak edəcəklər. Mən isə onlara  tövsiyyə etdim ki, istənilən halda maraqlanmaq, bilmək, fəal olmaq, mövqe sərgiləmək  lazımdır.

Məlumdur ki, seşkidə iştirak edən namizəd, seçiləcəyi təqdirdə na verilən səlahiyyət  çərçivəsində  hansı  işləri görmək istədiyini, hansı problemləri həll etməyə çalışacağını bildirir, vədlər verir.

Bu mənada görüləcək işlər çoxdur, dünən də, bu gün də və sabah da qəsəbəmiz üçün, qəsəbə sakinlərimizin ümumi problemlərinin həlli üçün ürəyimiz həmişə yanıb və yanacaqdır.

Qeyd edim ki, bu günədək şəxsən özüm, ailə üzvlərim, söz  sahibi olan dostlarım bir neçə ümumi problemin həlli istiqamətində fərdi qaydada müəyyən cəhdlər etmişik və nəyə isə nail oduğumuz da olub,olmadığımız da. Lakin hələ də hamımızı narahat edən problemlər vardır.

Çox qısa və vaciblik dərəcəsini nəzərə almaq ardıcıllığl ilə bunları qeyd etmək istərdim:

- Bakıda təhsil alan  və işləyən çoxsaylı  qəsəbə sakinlərinin vaxt ında məmzil başına  çatması üçün qəsəbəsini  hansısa metro stansiyası ilə birləşdirən sərnişin marşrut xəttinin olmaması;

- Hərəkətin intensiv olduğu küçələrdə (M.Seyidov, Z.Qasımov) nəzarətin zəif olması səbəbindən obyekt sahiblərinin piyada səkilərini zəbt etməsi, piyada yaxud uşaq arabası ilə hərəkət etməyi mümkünsüz edən bir biri ilə uzlaşmayan pillə və pandusların  insa edilməməsi;


Etiketlər:  Namizəd sakinlərə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ