Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 16:18
Bir çox “Windows” istifadəçisinin kompüterinə gələn yeniləmə sistemdə nasazlığa səbəb olub.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkət “Windows 10 Autopilot update KB4532441” yeniləməsini biznes istifadəçilər üçün göndərib, lakin əməliyyat sisteminin adi nüsxələrinin sahibləri də həmin yeniləməni alıblar. İstifadəçilər şikayət ediblər ki, sistem yeniləməni quraşdıra bilmir və nəticədə sonsuz səhv yaranır. Şirkət sözügedən yeniləmənin istifadəçilərin kompüterinə səhvən göndərilməsini etiraf edib və üzr istəyib.
“Microsoft” korporasiyası artıq “Windows” surətlərinin sahiblərinə problemi aradan qaldıran yeniləmə göndərib. Şirkətin bəyanatında deyilir ki, səhv yeniləmə sistemin təhlükəsizliyinə təsir etməyəcək.
Emil Hüseynov