Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kante “Çelsi”dən gedir

Kante “Çelsi”dən gedir

Tarix: 16 Dekabr 2019 17:54

“Çelsi”nin futbolçusu Nqolo Kante komandadan ayrılmaq niyyətindədir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını “Real”da davam etdirmək istəyir. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan da fransalı oyunçunun transferinə müsbət yanaşır. Onun futbolçunun keçidi üçün klub prezidenti Florentino Perezlə danışıqlar apardığı bildirilir. Madrid təmsilçisi Kanteni heyətinə qatmaq üçün 100 milyon avro xərcləməli olacaq.

Qeyd edək ki, N.Kante ilə “Yuventus” və “Bavariya” da maraqlanır.
 


Etiketlər:  Kante Çelsidən gedir


RƏYLƏR