Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 19:26
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo kapitanlıq sarğısını taxmaqdan imtina edib.
Qol.az xəbər verir ki, bu İtaliya A seriyasının 16-cı turunda "Udineze" ilə matçda (3:1) baş verib. Sözügedən görüşdə Qonzalo İquain 80-ci dəqiqədə əvəzləndiyi zaman kapitanlıq sarğısını portuqaliyalı hücumçuya təqdim edib. Ancaq o, bundan imtina edərək sarğını komanda yoldaşı Blez Matuidinin qoluna taxıb.
Qeyd edək ki, Ronaldo "Udineze" ilə matçda dubla imza atıb.