Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 22:42
A vitamini vitamini insan sağlamlığı üçün ən vacib olan vitaminlərdən biridir. Orqanizmdə A vitamininin çatışmazlığı əsasən özünü gözlərdə əmələ gətirdiyi patologiyalar ilə göstərir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz. Bəzi hallarda A vitamini çatışmazlığı yuxarı tənəffüs yolları və bağırsaq xəstəliklərinin gec sağalmalarına səbəb ola bilir. A vitamini çatmadıqda orqanizmdə aşağıdakı xəstəliklər meydana çıxır:
- konyuktvit
- kseroftalmiya
- hiperkeratoz
- toyuq korluğu
A vitamini çatışmazlığı az rast gəlinən xəstəliklərdəndir. Bu xəstəlik özünü ən çox xroniki bağırsaq, xroniki qaraciyər, endokrin sistemi və vərəm xəstəlikləri zamanı biruzə verir.
Necə bilməli ki, A vitamini azdır?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.