Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 08:48
Finlandiya Avropa İttifaqı ölkələrinin bütün rəsmi dillərinə tərcümə ediləcək onlayn kurs vasitəsilə Avropa əhalisinin 1 faizinə süni intellekt sahəsində əsas bacarıqları öyrətmək niyyətindədir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Avropa İttifaqı təşkilata üzv ölkələrin ərazilərində süni intellektin tətbiqinin geniş yayılmasına çağırır. Bu, Avropa şirkətlərinə Asiya ölkələrində və ABŞ-da rəqiblərlə mübarizəyə kömək edə bilər.
"Bizim investisiyalar üç məqsəd güdür: biz Aİ vətəndaşlarının gələcəkdə rəqəmli biliklərə yiyələnməsini, süni intellektin praktiki anlayışının yaxşılaşdırılmasını və Avropanın rəqəmli liderliyinin möhkəmləndirilməsini istəyirik", - Finlandiyanın Məşğulluq naziri Timo Harakka bildirib.