Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq Muğam Mərkəzinin ''Unudulmayanlar'' layihəsinin növbəti tədbiri keçirildi

Beynəlxalq Muğam Mərkəzinin ''Unudulmayanlar'' layihəsinin növbəti tədbiri keçirildi

Tarix: 17 Dekabr 2019 16:21

Dekabrın 14-də BMM-də  "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad edildi.

Sonxeber.net xəbər verir ki, gecə xanəndənin ifasında "Sona bülbüllər" mahnısının videoyazısı ilə başlandı.

Tədbirin aparıcısı, tədqiqatçı-alim Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, xanəndəyə Azərbaycanın görkəmli şairləri 300-dən artıq şeir həsr ediblər. Xalq şairi Bəxtiyar Bahabzadənin yazdığı şeirdən nümunə söyləyən aparıcı çıxışı zamanı vurğuladı ki, Qədir Rüstəmov təkcə adi vətəndaşların , muğam sevənlərin sevimli xanəndəsi deyildi, vaxtilə dövrün böyük sənət adamları onun haqqında çox dəyərli fikirlər söyləmişlər. Bu dəyərli fikirlərin ən yüksəkdə olanlarından biri də Ulu öndər Heydər Əliyevə məxsusdur. Vaxtilə ulu öndər Qədir sənəti haqqında demişdir :" Siz Azərbaycanın məşhur muğam ustadlarının layiqli davamçısı olmaqla yanaşı , ümumxalq məhəbbəti qazanmış  xoşbəxt sənətkarlardansınız. Zəngin musiqi ənənələri olan qədim Qarabağ diyarının övladı kimi Siz öz ecazkar səsiniz və böyük istedadınızla neçə-neçə qədim xalq mahnısına yeni həyat vermisniz. Sizin nadir ifaçılıq sənətiniz Azərbaycan milli musiqisinin özünəməxsus səhifəsidir".

Haqqında yazılan fikirlərdən biri də təqribən belədir :"Qədir oxuyanda nədənsə iplə göyün ənginliklərinə dırmaşan bir adam gəlir xəyalıma. Qələbəlikdən seçilən, çoxluqdan arınan, dünyadan qopan çəlimsiz bir adam. İndi yıxılar, bu saat yıxılar! Amma yıxılmır. Qalxdıqca qalxır, yüksəldikcə yüksəlir, qalxıb-yüksəldikcə daha uzaqlardan, daha ucalardan görünür". Bəli, Qədir Rüstəmov səsi ilə ucaldı və bu gün o, muğam ifaçılıq sənətində dərin ehtiramla yad edilərək qəlblərdə yaşamaq ucalığını nail ola bildi. Təsadüfi deyil ki, Beynəlxalq  Muğam Mərkəzinin bünövrəsi qoyularkən mərasimdə Qədir Rüstəmov da iştirak edirdi və bu gün çox təqdirəlayiqdir haldır ki, bir çox muğam ustadları kimi Qədir Rüstəmovun xatirə gecəsi də  bu gözəl məkanda təşkil edilib.

Gecədə yazıçı Aqil Abbas, Xalq artisti Ramiz Quliyev, şairlər Ramiz Məmmədzadə, Yusif Savalan Qədir Rüstəmovla bağlı xatirələrini bölüşdülər.  Ramiz Quliyev  unudulmaz xanəndə ilə birgə Xalq yazıçısı Anarın müəllifi və rejissoru olduğu "Üzeyir ömrü və ya Uzun ömrün akkordları " filminə çəkilişlərlə bağlı xatirələrini bölüşdü. Qeyd edək ki, bu filmdə Ramiz Quliyev muğam sənətimizdə öz dəst-xətti olan tarzən Qurban Pirimov , Qədir Rüstəmov isə xanəndə Cabbar Qaryağdıoğlunun obrazını yaradıb. Həmçinin filmdən kadrlar nümayiş olundu.


Etiketlər:  Beynəlxalq Muğam Mərkəzinin Unudulmayanlar layihəsinin növbəti tədbiri keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ