Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarşı zolağa keçən avtobus ağır qəza törətdi: Üç ölü, 16 yaralı - FOTO

Qarşı zolağa keçən avtobus ağır qəza törətdi: Üç ölü, 16 yaralı - FOTO

Tarix: 17 Dekabr 2019 19:04

Ukraynanın Çerniqovşina ərazisində "İveco" markalı yük avtomobili ilə "Neoplan" avtobus toqquşub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı avtobusda olan sürücü və iki sərnişin ölüb.

Avtobusun sürücüsü ötmə əməliyyatı zamanı qarşı zolağa keçərək yük avtomobili ilə toqquşub.

Zərbənin təsirindən yük avtomobilində olan preslənmiş kağız rulonları yaxından keçən "Toyota Camry" avtomobilinə zərər yetirib.

Yük avtomobilinin serbiyalı sürücüsü, minik avtomobilindəki sərnişin, avtobusda olan növbətçi sürücü və sərnişinlər daxil olmaqla 16 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Qarşı zolağa keçən avtobus ağır qəza törətdi Üç ölü yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ