Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Osteoporoz - sümüklərin əriməsinə qarşı Alman metodu

Osteoporoz - sümüklərin əriməsinə qarşı Alman metodu

Tarix: 17 Dekabr 2019 22:12

ÜST -nin məlumatına görə osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir. Ekspertlərin məlumatına görə hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir. Osteoporoz daha çox qadınlarda müşahidə olunmasına baxmayaraq, 50 yaşdan yuxarı kişilərdə də tez-tez baş verir. Osteoporozun erkən mərhələsində və ya profilaktika məqsədilə müalicə aparılması olduqca vacibdir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, osteoporozun qarşısını almağın və ya müalicəsinin əsas xüsusiyyətindən biri Ca qəbul etməkdir. Bu mineral (vit D ilə birlikdə) orqanizmdə başlıca "tikinti materialı" hesab olunur.
Kalsium (Ca) orqanizmdə aşağıdakı prosesləri tənzimləyir:

• Ca sümüklərin və dişlərin struktur materialıdır (dişlərin sərt toxumasının formalaşmasında və emalının daimi bərpasında mühüm rol oynayır və çatışmazlığı zamanı diş emalının turşuya qarşı davamlılığı azalır ki, bu da karies riskini artırır)

• Sinir-əzələ oyanıqlığını tənziməyir

• Endokrin vəzilərin, əsasəndə qalxanabənzər ətrafı vəzin funksiyasını təmin edir

• Maddələr mübadiləsinə təsir edir

• Orqanizmin müdafiə qabiliyyətini möhkəmləndirir

• İltihabəleyhinə, antiallergik təsir göstərir

• Qanın reologiyasını normal saxlayır

• Bir çox fermentativ reaksiyalarda iştirak edir

Ca-həyatın birinci günündən qocalana qədər orqanizmə lazımdır(uşağın boyunun, skeletinin düzgün formalaşması üçün). Onun defisiti və ya sümüklərdən qana çıxması sümüklərin möhkəmliyinin itirilməsinə və osteoporozun inkişafına səbəb olur. Osteoporoz 50 yaşdan yuxarı qadın orqanizmində hormonal yenidənqurma ilə bağlı olaraq daha tez-tez baş verir.

Osteoporozun qarşısını almaq üçün düzgün qidalanma və günəş vannası qəbul etmək vacib şərtdir. Qidalanmanı qaydaya salmasaq möhkəm sümüklərdən danışmağa dəyməz. Baxmayaraq ki, osteoporoz qadınların problemi hesab olunur (endokrin dəyişikliklərlə bağlı), yaşı 65-dən yuxarı olan kişilərin 15%- də də bu problemə rast gəlinir. Ca mübadiləsinin pozulması asidozla da six bağlıdır. Turş mühit Ca ilə zəngin möhkəm toxumanı parçalayır. Bu diş emalında özünü aydın göstərir.


Etiketlər:  Osteoporoz sümüklərin əriməsinə qarşı Alman metodu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ