Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 10:06
Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
Dövlət Sərhəd Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, 2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.
Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.