Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elariz “Ağ ev”in önündə: ''Dədə-babalarım 55 yaşlarını Vaşinqtonda keçiriblər''

Elariz “Ağ ev”in önündə: ''Dədə-babalarım 55 yaşlarını Vaşinqtonda keçiriblər''

Tarix: 18 Dekabr 2019 13:00

Bir müddətdir ki, ailəsi ilə birlikdə Amerikaya köçən müğənni Elariz Məmmədoğlu doğum gününü "Ağ ev"in qarşısında keçirib.
 
Sonxeber.net azxeber.com-a istinadla xəbər verir ki, müğənni özünə olan arzularını "Ağ evin" qarşısında dilə gətirib. O hisslərini belə ifadə edib:
 
"Bu gün 17 dekabr 2019-cu il mənim ad günümdür. Bu gün mənim 55 yaşım tamam olur. Bütün dədə-babalarım 55 yaşlarını Amerikanın paytaxtı Vaşinqtonda, "Ağ Ev"in qarşısında keçiriblər. Mən də ənənəyə sadiq qalaraq gəldim "Ağ Ev"in qarşısına və burada mən 55 yaşımı qeyd edirəm. İndi Tramp (ABŞ prezidenti - red.) müəllim də gələcək, 10 dəqiqədi artıq gözləyirəm, həmişəki kimi yenə də gecikir. Amma gələcək, söz verib ki, gələcək"
 
Qeyd edək ki, müğənni "Green Card" vasitəsi ilə Amerikaya köçüb. O hətta orada özünə dönər biznesi qurub.

 


Etiketlər:  Elariz evin önündə Dədə babalarım yaşlarını Vaşinqtonda keçiriblər


RƏYLƏR