Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PFL xəbərdarlıq etdi: İctimai asayişi pozan, təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq

PFL xəbərdarlıq etdi: İctimai asayişi pozan, təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq

Tarix: 10 May 2019 12:36

Bakı. Trend?

Son günlər sosial şəbəkələrdə Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turunda keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir. Bununla bağlı Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb.

Trend PFL-ə istinadən xəbər verir ki, bəyanatda deyilir ki, ölkə çempionatının keçirilməsinə cavabdeh olan qurum bildirib ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq: "Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan PFL oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir. Qarşıda “Neftçi” və “Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik".

Qeyd edək ki, oruc tutan şəxslər üçün stadionda “Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  xəbərdarlıq etdi İctimai asayişi pozan təhqiredici hərəkətlərə verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ