Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda orqanik və ekoloji təmiz məhsulun inkişafı perspektivləri müzakirə olunur

Bakıda orqanik və ekoloji təmiz məhsulun inkişafı perspektivləri müzakirə olunur

Tarix: 18 Dekabr 2019 15:16

Bakı. Eldar Canaşvili - Trend:

Gələcək nəsillərin sağlamlığı azərbaycanlı istehsalçıları ekoloji təmiz, orqanik məhsulların istehsalına ruhlandırmalıdır.

Trend-in məlumatına görə, bunu Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Emin Əliyev “Orqanik məhsulların istehsalı və ixrac potensialı” adlı konfrans zamanı deyib.

O bildirib ki, orqanik məhsul istehsalı adı altında təkcə kənd təsərrüfatı məhsulları deyil, həm də orqanik sənaye məhsulları nəzərdə tutulur:

“Orqanik məhsul təkcə sağlam qida deyil, həm də sağlam mühitdir. Dünya trendində orqanik və ekoloji təmiz geyim istehsalı yer alır, bunun Azərbaycanda da böyük potensialı var. Bizdə orqanik pambıq istehsalı var və onun artırılması üçün imkanlar mövcuddur”.

Tədbir çərçivəsində Ekoloji Təmiz Məhsulların İstehsalçıları və İxracatçıları Assosiasiyası, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Arıçılar Assosiasiyası, Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası və Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu həmin assosiyaların nümayəndələri Emin Əliyev, İsmayıl Orucov, Bədrəddin Həsrətov, Bəşir Quliyev və İlkin Ələkbərov imzalayıb.

Memorandum Azərbaycanda ekoloji təmiz orqanik məhsulların istehsalı və ixracının inkişafı məqsədilə qarşılıqlı əməkdaşlığa yönəlib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda orqanik ekoloji təmiz məhsulun inkişafı perspektivləri müzakirə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ