Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 15:33
Bakı. Trend:
Saatlı rayonu Qazanbatan kənd sakini Rəhim Hüseynov Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 2000 manat olan tütün məmulatlarının, ərzaq məhsullarının, telefon danışıq kartlarının, 200 manat nağd pulun və ov silahının oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 16-da Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şirinbəy kənd sakini, əvvəllər məhkum olunmuş Aynur Mövsümov saxlanılıb. Dindirilmə zamanı A.Mövsümov əməlini etiraf edib,
Faktla bağlı olaraq Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin