Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanə geri dönür?

Əfsanə geri dönür?

Tarix: 18 Dekabr 2019 15:34

Əfsanəvi ukraynalı boksçu Vladimir Kliçko özünün rəsmi Tvitter səhifəsində yenidən peşəkar idmana qayıdacağı haqda söhbətlərə səbəb olan şərhlər yazıb.

Qol.az xəbər verir ki, Kliçko istifadəçilərə belə bir sual verib ki, azarkeşlər onun yenidən hansı döyüşünü izləmək istəyərlər: Coşua və ya Fyuri ilə revanşı, yoxsa Uaylderlə döyüşü? Bu zaman çoxluq Fyurinin adını qeyd edib.

Qeyd edək ki, kiçik Kliçko 2017-ci ildə, Entoni Coşuaya çempionluq döyüşündə məğlubiyyədən üç ay sonra karyerasını başa vurub.

WBA, WBO, İBF, İBO versiyaları üzrə dünya çempionu olan Kliçkonun 43 yaşda yenidən peşəkar rinqə qayıdacağı barədə xarici mediada məlumatların yayılması isə təsadüfi deyil. Çünki peşəkar boksda daha əvvəl Corc Forman 45 yaşında WBA və İBF kəmərləri uğrunda döyüşdə çempion ola bilib.

 


Etiketlər:  Əfsanə geri dönür


RƏYLƏR