Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''AtaSığorta'' ASC-nin rəhbərliyinə yeni təyinatlar olub

''AtaSığorta'' ASC-nin rəhbərliyinə yeni təyinatlar olub

Tarix: 10 May 2019 13:51

Bakı. Trend:

"AtaSığorta" ASC-nin rəhbərliyinə yeni təyinatlar olub.

Trend-in məlumatına görə, "AtaSığorta" ASC-nin Səhmdarının növbədənkənar Ümumi Yığıncağının Qərarına əsasən 10 may tarixindən etibarən daha əvvəl şirkətdə İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışmış Orxan Məmmədov İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə isə Qoşqar Həsənov təyin olunub. Qoşqar Həsənov bu vaxta qədər şirkətdə İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.

Şirkətin daha əvvəlki İdarə Heyətinin sədri Müseyib Əliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib. “AtaSığorta” ASC Müseyib Əliyevə şirkətin inkişafına verdiyi töhfələrə görə təşəkkür edir və bundan sonrakı fəaliyyətində uğurlar arzulayır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AtaSığorta rəhbərliyinə yeni təyinatlar olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ