Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 20:14
CBC Sport kanalında Premyer Liqa klublarının baş məşqçilərinin iştirakı ilə Tok-şou təşkil edib.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, verilişdə "Keşlə"nin çalışdırıcısı Tərlan Əhmədova "Neftçi" rəhbərliyindən incimisiniz" sualı ünvanlanıb. 48 yaşlı mütəxəssis cavabında bunları səsləndirib:
"Bir az çətin sualdır. Həmkarım (Roberto Bordin - red) qeyd etdi ki, "Neftçi" son 5 ildə nəticə qazanmamışdı və onların gəlişlərindən sonra uğur olub. Əfsuslar olsun ki, mən "Neftçi"ni qəbul edəndə 5 turdan sonra 1 xalı var idi. Mən ora dəvət ediləndə xahiş edilmişdi ki, "Neftçi" hücum futbolu oynamalıdır. Qarşımıza heç olmasa, 4-5-ci yerləri tutmaq hədəfi qoyuldu. Amma mən rəhbərliyə demişdim ki, komandanı mükafatçılar sırasında olmasına çalışacağıq. Mən işimi gördüm və son 4 il nəticə verməyən komanda 3-cü oldu.
İlk gəlişimdə Emin Mahmudovla Rəşad Sadiqovu komandaya dəvət elədim. Qışda isə 3 əcnəbi transfer etdik. Gənclərə də şans verirdik. Ömər Buludov və digərlərini oynadırdıq. Hər bir məşqçi istəyər ki gördüyü işin bəhrəsi olsun. Əgər biz mükafatçılar siyahısına düşürüksə, Avropada da çıxışımıza davam etmək istəyirik. İşimizin bəhrəsini təsnifat mərhələlərində görmək istəyirik. İşimizin bəhrəsini görmədik.