Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 22:14
"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Udineze" ilə qarşılaşmadakı hərəkəti ilə gündəmə gəlib.
Sonxeber.net kaspi.az-a istinadən bildirir ki, "Yuventus"u "Udineze" ilə oyuna kapitan sarğısında Qonsalo İquain çıxarmışdı. O, qarşılaşmanın 80-ci dəqiqəsində əvəzlənib.
İquain meydanı tərk edərkən kapitan sarğısını Ronalduya verib. Amma portuqal futbolçu sarığını taxmaqdan imtina edib. O, sarığını qəbul edərək Blez Matyuidiyə verib.
Matyuidi "Yuve"də uzun müddətdir ki, çıxış edir. O, qarşılaşmadan sonra Ronalduya təşəkkür edib: "Kriştiano, məni bu şərəfə layiq gördüyün üçün sağ ol".