Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 23:52
Avstraliyada dekabrın 17-də havanın hərarəti 40 dərəcəni keçərək yeni rekord müəyyən edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin meteorologiya bürosu məlumat yayıb. Bu ərəfədə termometrlər 40,9 dərəcə isti göstərib. Əvvəlki temperatur rekordu 2013-cü ilin yanvarında qeydə alınmışdı - 40,3 dərəcə.
Son aylar havaların isti keçməsi səbəbindən Avstraliyada yüzlərlə yanğın baş verib. Hazırda Sidney şəhərində 400 min hektar sahəni əhatə edən iri yanğın da daxil olmaqla, Yeni Cənubi Uels ştatında 100-dən çox yanğın ocağı qeydə alınıb. Ölkədə təbiət yanğınları nəticəsində azı altı nəfər həlak olub, 700-dən çox tikili yanaraq külə dönüb, azı 3 milyon hektar əraziyə ziyan dəyib.