Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 07:16
İspaniya La Liqasının X turundan təxirə salınan "Barselona" - "Real" matçı bir sıra statistik məqamlarla əlamətdar olub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bəzi göstəricilər 0:0 hesabı ilə başa çatan "El-Klasiko"ya əlavə rəng qatıb.
Zidanın "5"i
Zinəddin Zidan "Real"ın tarixində ilk baş məşqçidir ki, "Nou Kamp"da keçirdiyi ilk 5 "El-Klassiko"da məğlubiyyətlə üzləşməyib. Fransalı bu səfərlərdə 2 qələbə və 3 heç-heçəyə sevinib.
17 ildən sonra
"El-Klasiko"da qolun vurulmamasına son 17 ildə ilk dəfə təsadüf olunub. Sonuncu dəfə komandalar 2002-ci ildə qolsuz heç-heçə edib. Düzdür, 2011-ci ildə İspaniya kubokunun matçında da əsas vaxtda qol qeydə alınmayıb. Lakin əlavə vaxtda madridlilər qalib gəlib.
Fati
"Barselona"nın futbolçusu Ansumane Fati 17 yaş 48 günlüyündə "El-Klasiko"da debüt edib. O, son 78 ildə bunu bacaran ən gənc futbolçudur. 1941-ci ildə Visente Martines 16 yaş 278 günlüyündə nəhənglərin duelində şans qazanıb.