Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Windows” yenilənməsi istifadəçilərin kompüterində sonsuz səhvə gətirib çıxarıb

“Windows” yenilənməsi istifadəçilərin kompüterində sonsuz səhvə gətirib çıxarıb

Tarix: 19 Dekabr 2019 08:04

Bir çox "Windows" istifadəçisinin kompüterinə gələn yeniləmə sistemdə nasazlığa səbəb olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət "Windows 10 Autopilot update KB4532441" yeniləməsini biznes istifadəçilər üçün göndərib, lakin əməliyyat sisteminin adi nüsxələrinin sahibləri də həmin yeniləməni alıblar. İstifadəçilər şikayət ediblər ki, sistem yeniləməni quraşdıra bilmir və nəticədə sonsuz səhv yaranır. Şirkət sözügedən yeniləmənin istifadəçilərin kompüterinə səhvən göndərilməsini etiraf edib və üzr istəyib.

"Microsoft" korporasiyası artıq "Windows" surətlərinin sahiblərinə problemi aradan qaldıran yeniləmə göndərib. Şirkətin bəyanatında deyilir ki, səhv yeniləmə sistemin təhlükəsizliyinə təsir etməyəcək.


Etiketlər:  Windows yenilənməsi istifadəçilərin kompüterində sonsuz səhvə gətirib çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ