Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ən güclü topunu modernizə edir

Rusiya ən güclü topunu modernizə edir

Tarix: 19 Dekabr 2019 08:36

Rusiya dünyanın ən güclü toplarından biri olan "Malka"nı modernizasiya edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu "Uraltransmaş" şirkətinin baş direktoru Dmitri Semizorov RİA-ya müsahibəsində deyib. O, sınaqların dekabrın sonuna qədər başa çatacağını bildirib.

Qeyd edək ki, 2S7M Malka 2S7 Pionun yenilənmiş variantıdır. 1983-cü ildə istehsal olunub. T-80 tankının şassisi üzərində yaradılıb, əsas silahı 203 mm-lik 2A44 topudur. Heyəti 7 nəfərdən ibarətdir. Nüvə sursatı daşıya bilir. Adi mərmilər ilə maksimal atəş məsafəsi 47.5 km təşkil etsə də, bunu 55.5 km-ə qədər artırmaq olar.


Etiketlər:  Rusiya güclü topunu modernizə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ