Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 08:40
Almaniya Bundesliqasında XVI tura yekun vurulub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, turun son oyun günündə 5 qarşılaşma baş tutub.
Autsayder "Paderborn"a qalib gələn Mönhenqladbax "Borussiya"sı liderliyə şərik olub. Son dəqiqələrdəki qollarla "Frayburq"u yenən "Bavariya" isə 3-cü sıraya qalxıb. Münhenlilər "Leypsiq"lə "Borussiya"dan 4 xal geri qalırlar.
"Bayer" "Herta"ya, "Ayntraxt" "Köln"ə uduzub. "Volfsburq" - "Şalke" görüşündə qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura dekabrın 18-də yekun vurulacaq.
Almaniya Bundesliqası
XVI tur
18 dekabr
"Bayer" - "Herta" - 0:1
Rekik, 64
"Volfsburq" - "Şalke" - 1:1
Mbabu, 82 - Kabak, 50
"Borussiya" M - "Paderborn" - 2:0
Plea, 48, Ştindl, 67 (pen.)
"Ayntraxt" - "Köln" - 2:4
Hinteregger, 6, Pasiensia, 30 - Ektor, 44, Bornau, 72, Dreksler, 81, Yakobs, 90
"Frayburq" - "Bavariya" - 1:3
Qrifo, 59 - Levandovski, 16, Zirkze, 90, Qnabri, 90+2