Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 10:35
Bu gün Xalq artisti Nəzakət Teymurova və Əməkdar artist Ehtiram Hüseynovun Xalq şairi Ramiz Rövşənin şeirlərinə bəstələnən mahnılardan ibarət "Qəfil gün doğsa bir gecə" adlı konserti baş tutub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, konsert zamanı Ehtiram Hüseynovun səhhətinin normal olmadığı üzə çıxıb.
Belə ki, xanəndə ifaları zamanı yerindən qalxmayıb, qalxan zaman isə yeriməkdə çətinlik çəkib. Ona dəstək olmaq üçün Nəzakət Teymurova qoluna girib.
Sənətçinin ifası zamanı ağlaması isə zalda olan tamaşaçıları və sənət yoldaşlarını göz yaşlarına boğub.