Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvanda 35 yaşlı gəlin keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandı

Şirvanda 35 yaşlı gəlin keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandı

Tarix: 19 Dekabr 2019 13:00

Bakı. Samir Əli - Trend:

Şirvan şəhərində qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə dekabrın 18-də gecə saatlarında şəhərin Heydər Əliyev küçəsi, ev 1-də baş verib.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı evində döş və qarın nahiyəsindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni G.Qudadova keçmiş həyat yoldaşı Quliyev Azad Ərəstun oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən Ə.Quliyev hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şirvanda yaşlı gəlin keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ