Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 14:40
İspaniya La Liqasının X turundan təxirə salınmış matçda üz-üzə gələn "Barselona" ilə "Real" qolsuz bərabərliyə razılaşıb.
Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, hazırda hər iki komandanın aktivində 36 xal var.
17 turdan sonra "Barselona" əlavə göstəricilərə görə turnir cədvəlinə başçılıq edir. Bununla Kataloniya təmsilçisi son 18 ilin ən zəif lideri olub. Buna qədər "Real" 2001-02 mövsümündə 17 turdan sonra 31 xalla zirvədə qərarlaşmağı bacarıb.