Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il rezidenturanı bitirən həkimlərin 50 faizi...

Bu il rezidenturanı bitirən həkimlərin 50 faizi...

Tarix: 19 Dekabr 2019 14:56

"Regionlardakı həkim çatışmazlığı probleminin həlli üçün bu il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatının aparıldığını nəzərə çatdıran nazir müavini qeyd edib ki, keçən il rezidentlərin 60 faizi regionlara göndərilib: "Həkimlərin regionlarda işləməsi üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular. Belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirik. Hələ ki, bu tədbirlər təsdiqlənməyib".


Etiketlər:  rezidenturanı bitirən həkimlərin faizi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ