Çempionlar Liqasının yarımfinalında "Ayaks"la görüşdə zədələnən "Tottenhem"in futbolçusu Yan Vertongen "Liverpul"la final matçını buraxa bilər.
Qol.az xəbər verir ki, bu barədə belçikalı müdafiəçi Britaniya mətbuatına açıqlamasında özü məlumat verib. Topuğunun çıxdığını deyən futbolçu hər şeyə növbəti tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib.
Qeyd edək ki, ÇL-in finalı iyunun 1-də Madriddə keçiriləcək.