Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2025 22:14
İspaniya təmsilçisi "Barselona" XXI əsrdə klub rekorduna imza atıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, komanda buna La Liqanın II turunda "Levante"yə qalib gəldiyi matçda nail olub.
Kataloniyalılar XXI əsrdə ilk dəfə yerli çempionat oyununun fasiləsində 0:2 hesabı ilə geridə olsalar da, qələbə qazanıblar.
Daha əvvəl 1 qarşılaşma heç-heçə, 12 görüş məğlubiyyətlə yekunlaşıb.
Qeyd edək ki, "Barselona" "Levante"ni 3:2 hesabı ilə üstələyib.