Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Enerji çoxluğundan partlayır'' – Sarri

''Enerji çoxluğundan partlayır'' – Sarri

Tarix: 19 Dekabr 2019 16:24

"Yuventus"un baş məşqçisi Maurisio Sarri A seriyasının 17-ci turunda "Sampdoriya" ilə matçdan (2:1)  sonra futbolçuları Merih Demiral və Kriştiano Ronaldo haqda danışıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk müdafiəçinin oyununu bəyəndiyini deyib: "Bundan əvvəlki matçlarda olduğu kimi bu görüşdə də yaxşı idi. Bir neçə səhv etdi, amma bunun da səbəbi ot örtüyünün bərbad olması ilə əlaqədardır. Bu cür meydanda səhv etmək normaldır. Merih enerji çoxluğundan partlayır və bunu komanda yoldaşları da görür. Bu qədər enejisi yüksək futbolçunuz varsa, onu oynatmaq məcburiyyətindəsiniz. Matç ərzində bu enerjisi davam etdiyi müddətcə əvəzedilməz biri olur".

Sarri Ronaldonun 2.56 metr hündürlüyə tullanaraq başla vurduğu qolu isə belə şərh edib: "Ronaldonun qolunu təsvir etmək mümkünsüzdür. O, anda hündürlüyə tullandığını və heyrətləndiyimi xatırlayıram. Sanki sonsuza qədər havada qalacaqdı. Ronaldonu bir daha təbrik edirəm".

 


Etiketlər:  Enerji çoxluğundan partlayır Sarri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ