Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəfael Daşdəmirov: Azərbaycanda müəssisələrdə tibbi profilaktik kabinetlər yaradılmalıdır

Rəfael Daşdəmirov: Azərbaycanda müəssisələrdə tibbi profilaktik kabinetlər yaradılmalıdır

Tarix: 19 Dekabr 2019 16:42

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 10 ildə Azərbaycanda qan dövranı xəstələrinin sayı 5 faiz, tənəffüs orqanları xəstələrinin sayı 11 faiz, sinir sistemi xəstələrinin sayı 15 faiz, şəkərli diabet xəstələrinin sayı 3,7 dəfə artıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Rəfael Daşdəmirov "Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyası" mövzusunda keçirilən tədbirdə bildirib.

R.Daşdəmirov deyib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə bağlı vəziyyət o qədər də qənaətbəxş deyil:

"Azərbaycanda xəstələnmə və ölüm hallarının artmasının səbəbləri qeyri-infeksion xəstəliklərdir. Tədqiqatların nəticəsinə görə, əhali arasında yüksək qan təzyiqi geniş yayılıb. Eləcə də artıq çəki, piylənmə halları yayılıb. Ürək-damar xəstəliklərinin artmasına əsasən yüksək təzyiq, yaş faktoru təsir edir. Kişilərdə 40 yaşından yuxarı, qadınlarda isə 50 yaşından yuxarı psixi-emosional yüklənmə, irsi meyillilik, şəkərli diabet, piylənmə, tütündən istifadə risk faktorudur".

Direktor müavini bildirib ki, hər bir təşkilat müəssisələrdə tibbi profilaktik kabinetlər yaratmalıdır. Könüllülər arasında təlim keçirilməli, briqadalar təşkil olunmalıdır. Sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər keçirilməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rəfael Daşdəmirov Azərbaycanda müəssisələrdə tibbi profilaktik kabinetlər yaradılmalıdır


RƏYLƏR