Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2019 20:16
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 dekabr 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
DİM-dən Sonxeber.net-a verilən məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 511, BB qrupu üzrə 1756, ümumilikdə isə 2267 namizəd qeydiyyatdan keçib.
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanların idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 212 nəzarətçi‑müəllim, 24 nəfər buraxılış rejimi əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: