Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Van Nistelroy Hollandiya yığmasına qayıtdı

Van Nistelroy Hollandiya yığmasına qayıtdı

Tarix: 19 Dekabr 2019 20:36

Hollandiya millisinin məşqçilər korpusuna yeni şəxslər əlavə ediləcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, AVRO-2020-dən öncə Rud van Nistelroy və Marten Stekelenburqun baş məşqçi Ronald Kumanın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil olacağı bildirilir.

Hazırda "Everton"un futbolçusu olan Stekelenburq yaxın zamanda karyerasını bitirib, yeni işinin icrasına başlayacaq. Van Nistelroy isə hazırda PSV-nin akademiyasında çalışır və AVRO-2020-nin başlamasına az vaxt qalmış Eyndhoven təmsilçisindəki işindən ayrılıb, yığmaya gedəcək.

Hollandiya millisi AVRO-2020-nin C qrupunda Ukrayna və Avstriya ilə qarşılaşacaq. Bu komandaların sonuncu rəqibi Millətlər Liqasının D liqasının qalibi olacaq.


Etiketlər:  Van Nistelroy Hollandiya yığmasına qayıtdı


RƏYLƏR