Tarix: 19 Dekabr 2019 20:58
"İlk oyundakı uğurlu nəticədən sonra bu matçda da qələbəni gətirmək istəyirdik. Komandanı sırf qələbəyə kökləyirdik". Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la cavab matçından sonra mətbuat konfransında deyib.
O, 3:2 hesabı ilə qalib gələrək mərhələ adladıqları oyunu şərh edib: "İlk oyundakı qələbəni unudub, bu oyuna kökləndik. Komandanın yaxşı forma yığdığı bir vaxtda Premyer Liqada fasilənin yaranmasına təəssüflənməyə dəyməz. Əksinə, daha yaxşı hazırlaşmaq üçün vaxtımız olacaq. Əsas odur ki, komanda istədiyimizi edir. Çalışacağıq ki, bu heyəti saxlayaq. Büdcəyə uyğun addımlar atılacaq. İki mövqeyi gücləndirmək istəyərdik. Mənim üçün əsas futbolçularımın tapşırıqları düzgün yerinə yetirməsidir.
Məşqçi və ya baş məşqçi kimi olmağımın mənim üçün böyük fərqi yox idi. Əsas o idi ki, futbolçular tapşırıqları düzgün yerinə yetirdi".
Baxşıyev "Qəbələ"nin yetirməsi olan Bəhlul Mustafazadənin qollarına sevindinizmi" sualına bellə cavab verib: "Bəhlul Mustafazadənin dubl etməsinə yox, özümüzə görə sevinirəm. Komandanın 2 oyuna 6 qol vurması sevindirici haldır. İstədiyimiz də odur ki, matçın 60-70 faizini hücumda keçirək”.