Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 17:40
Bakı. Trend:
Bakı Şəhər Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim keçirilib.
Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhər prokurorluğunun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırmışdır ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur.
Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycanı böyük bir fəlakətdən xilas etmiş, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırlamaqla Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışmış, bununla da müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə öz əbədi yerini tutmuşdur.
Ümummilli liderin rəhbərliyi ilə 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində verdiyi tapşırıq və tövsiyələr prokurorluq orqanlarını fəaliyyəti üçün proqram əhəmiyyətinə malik olmuşdur.
Diqqətə çatdırılmışdır ki, hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, Heydər Əliyev siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyəti dünya standartları səviyyəsində təkmilləşdirilir, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir.
Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, dövlətçiliyimiz gündən günə daha da möhkəmlənir. Xalqımızın 2018-ci ilin aprelin 11-dəki müdrik seçimi isə bir daha Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu göstərmiş və milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqləmişdir. Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə əsası Ulu Öndər tərəfindən qoyulmuş qanunvericilik və hüquqi islahatlar daha da genişləndirilməkdədir. Bunun bariz nümunəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanın imzalanmasıdır.
Bakı şəhər prokuroru İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin böyük xilaskarlıq və hərtərəfli quruculuq missiyalarını həyata keçirməklə Azərbaycanın ən yeni müstəqil tarixini, bugünkü təminatlı həyatımızın möhkəm əsaslarını yaradan ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, milli maraqlarımızın, ictimai-siyasi sabitliyin qorunması işində səylərini daha da artıracağını, böyük əzmlə çalışacağını vurğulamışdır.
Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Vətənə, Xalqa Həsr Edilən Ömür” filmi nümayiş etdirilmişdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin