Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz oyunu Qəbələdə uduzmuşduq'' - Jelko Sopiç

''Biz oyunu Qəbələdə uduzmuşduq'' - Jelko Sopiç

Tarix: 19 Dekabr 2019 22:08

"Rəqibi mərhələ keçməsi münasibəti ilə təbrik edirəm. Bu gün bizdən daha yaxşı çıxış etdilər".
 
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə cavab matçından sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 2:3 hesabı ilə uduzduqları görüşü belə şərh edib: "Mən oyunçularıma pis heç nə deyə bilmərəm. Onlar hər şeyi etdilər. Biz oyunu Qəbələdə uduzmuşduq. Oyunçularımı bu gün meydanda bütün güclərini sərf etdikləri üçün təbrik edirəm".

Sopiç "Hendrik Ekşteynin "Sabah"da gələcəyi var, yoxsa bu gün artıq bitdi?" sualına cavabı belə olub: "Ekşteyn və ya digər futbolçularla problemim yoxdur. Bura gəlməzdən əvvəl və gördükdən sonra klub prezidenti ilə, menecerlə danışmışam. Hər kəs özünü məşqdə göstərməlidir. Qışdan sonra necə olacağını görəcəyik".


Etiketlər:  oyunu Qəbələdə uduzmuşduq Jelko Sopiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ