Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günün qoroskopu: yaxşı məsləhətləri eşitmək üçün əlverişli bir gündür

Günün qoroskopu: yaxşı məsləhətləri eşitmək üçün əlverişli bir gündür

Tarix: 20 Dekabr 2019 00:02

Sonxeber.net dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnməyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq.

Buğa - Həyati potensialınız böyükdür. Yaxşısı budur ki, bu gün nəyəsə çox böyük əmək sərf etməyəsiz. Bu, xroniki xəstəliklərə gətirib çıxara bilər. Ancaq xoş insanların əhatəsində keçirəcəyiniz bir istirahət sizə həm fiziki, həm də ruhi nöqteyi-nəzərdən çox xeyrli olacaq.

Əkizlər - Sakit, işlərinizi bitirmək və iş danışıqları aparmaq üçün gözəl bir gündür. Heç hara tələsmək lazım deyil, düşdüyünüz vəziyyətlə bağlı bir xeyli fikirləşin. Planlarınızı özünüz qurun. Siz çox yaxşı məsləhətlər verirsiz. Ətrafdakılar bunu görürlər və sizə nəinki kiçik problemlərin, hətta böyük problemlərin həlli üçün də müraciət edirlər.

Xərçəng - Ailə və sevgi münasibətləri harmoniyalı olacaq. Sizin yaxın insanlarla yaxşı ünsiyyətiniz olacaq ki, bu da, əlbəttə, sizin əhvalınıza təsir edəcək. Çoxdan xoşunuza gələn insandan sizə xoş xəbər gələ bilər. Əlinizə pul gələ bilər.

Şir - çalışın, heç kimə inanmayın. Bu gün sizin intiusiyanız sizi aldada bilər. Əsasən, bu proses yeni tanışlıqlar zamanı meydana çıxa bilər. Bu bürcün bəzi nümayəndələri yaxınları ilə ünsiyyətə məhdudiyyətlər qoya bilərlər. Bununla onlar əlavə söz-söhbətlərdən qaçmış olurlar.

Qız - bu gün qızlar son vaxtlar yaranmış suallara cavab tapacaqlar. Müəyyən olacaq ki, işdəki vəziyyətiniz heç də siz fikirləşdiyiniz kimi faciəli deyil. Həm də ola bilər ki, siz çox böyük bir iş təklifi alasınız. Bu gün bağlanan sazişlər böyük gəlirlər vəd edir.
Ancaq ailədə hər şey qaydasında deyil. Valideynlər uşaqları ilə bir fikrə gələ bilmirlər. Uşaqlar isə həm valideynləri ilə, həm də özləri özlərilə problem yaşayırlar. Ancaq siz hər şeyin düzələcəyinə inanırsız və ən yaxşı məqam da odur ki, bu inamınız gerçəkləşəcək.


Etiketlər:  Günün qoroskopu yaxşı məsləhətləri eşitmək üçün əlverişli gündür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ