Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özəl ekspertizanın yaradılması inqilabi hadisədir - Fuad Cavadov

Özəl ekspertizanın yaradılması inqilabi hadisədir - Fuad Cavadov

Tarix: 20 Dekabr 2019 10:40

Bakı. Samir Əli - Trend:

Məhkəmə ekspertiza sahəsində dəyişiklik edilməsi inqilabi hadisədir.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib.

Onun sözlərinə görə, əvvəllər ekspertiza aparılması müddəti göstərilmirdi. Bu da əhali arasında narazılığa səbəb olurdu: "Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır. Ekspert 5 gün müddətində nəticələr barədə məhkəməyə vəsatət qaldırmalıdır. Məhkəmə də 3 gün ərzində ekspertiza müəssisəsinə vəsatəti təmin edib-etməyəcəyi barədə məlumat verməlidir. Vəsatət təmin olunana qədər icra dayandırılır. Vəsatət təmin olunandan sonra icraya başlana bilər. Bu, məhkəmə ekspertiza sahəsində bir inqilabdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Özəl ekspertizanın yaradılması inqilabi hadisədir Fuad Cavadov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ